Tanzaniya prezidenti Con Maqufuli 61 yaşında vəfat edib.
“Meduza”nın məlumatına görə, bu barədə ölkənin vitse-prezidenti Samiyə Suluhu Həsən dövlət televiziyasından xəbər edib.
Bəyanata əsasən, o, son 10 ildə əziyyət çəkdiyi ürək xəstəliyindən ölüb.
Ancaq bir çoxları onun koronavirusdan öldüyünü hesab edir. Belə ki, martın 8-də müxalifət lideri Tundi Lisu prezidentin COVID-19-a yoluxma ilə əlaqədar xəstəxanaya yerləşdirildiyini xəbər vermişdi.
Qeyd edək ki, Maqufuli nəinki Tanzaniyada koronavirusun olmadığını deyirdi, həmçinin yerli mediaya hökumətin razılığı olmadan pandemiya mövzusunu işıqlandırmağı qadağan etmişdi.
O, koronavirus barədə birbaşa danışmırdı, ancaq respirator xəstəliyi ilə bağlı üç gün dua etməyə çağırmışdı. Bundan başqa o, lokdaun tətbiq etməyəcəyini demişdi, vaksin alınması da planlaşdırmırdı.
Maqufulinin ölümü ilə əlaqədar ölkədə iki günlük matəm elan edilib. Kosntitusiyaya əsasən, Maqufilinin qalan müddətində ölkəyə vitse-prezident S.Həsən rəhbərlik edəcək.