Bu il 28 iyul - 1 avqust tarixləri arasında Bakıda keçirilməsi planlaşdırılan “Jara” beynəlxalq musiqi festivalı təxirə salınıb.
Bu barədə tədbirin təşkilatçılarından biri - Xalq artisti Emin Ağalarov “Instagram” hesabında məlumat verib.
“Jara”nın 23-27 iyun tarixlərində ilk dəfə Rusiyanın Moskva şəhərində keçiriləcəyini açıqlayan Emindən izləyiciləri festivalın Bakıda baş tutub-tutmayacağını soruşub. Xalq artisti isə “təəssüf ki, yox” deyə cavab verib.