Rusiyanın Tambov vilayətində beş nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
“Report”un məlumatına görə, bu barədə vilayətin prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, hadisə Filatov qəsəbəsində baş verib.
Belə ki, 1971-ci il təvəllüdlü ev sahibi və onun iki qardaşı, eyni zamanda onların tanışları - 1964-cü il təvəllüdlü kişi və 1975-ci il təvəllüdlü qadın spirtli içki qəbul etdikdən sonra yatıblar.
Otaqların birində televizorun partlaması nəticəsində yanğın baş verib. Hər beş şəxs yanğın nəticəsində yaranan güclü tüstüdən boğulublar.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.