Rusiyanın Sakit okean hövzəsinin Kamçatka sahillərində 6,9 bal gücündə zəlzələ olub.
“Report” xəbər verir ki, bunu ABŞ Geologiya Xidməti (USGS) açıqlayıb.
Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatka şəhərindən 337 kilometr şimal-şərqdə, ocağı isə 57 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat yoxdur.