Britaniyalı müğənni Elton Con Vatikanı yekcins nikahlara qarşı sərgilədiyi mövqeyə görə tənqid edib.
Bu barədə ifaçı özünün “Instagram” hesabında yazıb.
Ulduzun sözlərinə görə, katolik kilsəsinin məsələyə yanaşması onu təəccübləndirib.
“Vatikan yekcins münasibətlərin günah olduğunu bildirir və belə nikahlara xeyir-dua verməkdən imtina edir. Lakin digər tərəfdən də, mənim Devid Fişnerlə ailə səadətimi əks etdirən “Roketmen” filminə sərmayə yatırır və bundan milyonlarca qazanc götürür. Bu ikiüzlülükdür”, - deyə E.Con bildirib.
Qeyd edək ki, sözügedən film 2019-cu ildə ekranlara çıxıb.