38 yaşlı tanınmış aktyor Ceymi Dornanın atası 73 yaşlı Cim Dornan koronavirusdan vəfat edib.
Bu barədə “Cosmopolitan” xəbər yayıb.
Qeyd edək ki, britaniyalı aktyorun özü də yüksək risk qrupundadır: o, xroniki limfoleykozdan əziyyət çəkir.
Qorxulu diaqnoz ona 2005-ci ildə qoyulub. Bundan sonra tanınmış aktyor Belfastda “Leukaemia & Lymphoma NI” qeyri-kommersiya təşkilatına üzv olub.
Onu da bildirək ki, aktyorun atası Böyük Britaniyanın tanınmış mama-ginekoloqlarından olub. Bundan başqa o, Kraliyyət Mama Ginekoloqlar kollecinin baş vitse -prezidenti olub.
Ceymi Dornan daha çox “Bozun 50 çaları” filmində Kristian Qrey rolu ilə tamaşaçıların yadında qalıb.