Yaponiya sakini təkrar koronavirusa yoluxub.
Median.Az day.az-a istinadən bildirir ki,fevral ayında "Diamond Princess" kruiz gəmisinin göyərtəsində COVİD-19-a yoluxmuş 70 yaşlı Yaponiya sakini paytaxt Tokionun xəstəxanalarından birində müalicə alıb. Testin cavabları mənfi çıxdıqdan sonra o, evə buraxılıb.
Lakin 2 həftə sonra həmin şəxsin hərarəti 39 dərəcəyə yüksəlib, martın 14-də təkrar test onda koronavirus olduğunu aşkar edib.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 160-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 200 mini, ölənlərin sayı isə 8 mini keçib.