“Vətəndaşlarımız ölərkən Donald Tramp İranın koronavirusla mübarizəsində ehtiyacı olduğu resursları azaltmaq məqsədi ilə ABŞ-ın qeyri-qanuni sanksiyalarını daha da sərtləşdirir”.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif "Twitter"də bildirib.
İran XİN başçısı qeyd edib ki, dünya ABŞ-ın iqtisadi terrorizmini əvəz etməkdə olan tibbi terrorizminə səssiz qalmamalıdır.