Ermənistanda nazir müavini həbs edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Ermənistanda nazir müavini həbs edildi

Ermənistan İdman nazirinin müavini Qevork Loretsyan və “Lokomotiv” futbol klubunun prezidenti Qraçik Kananyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

MTX əməkdaşlarının çərşənbə günü Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Gevork Loretsyanı saxladığı bildirilib.

Bu gün o, xüsusilə böyük miqdarda rüşvət almaqda şübhəli bilinərək həbs edilib.

MTX-nin mətbuat xidməti onu da qeyd edib ki, onun sürücüsü, bir sıra idman məhsulu tədarükçülərinin faktiki rəhbəri və Ermənistandakı futbol klublarından birinin rəhbəri Kananyan da onunla birlikdə tutulub.

“Sputnik Ermənistan”ın xəbərinə görə, Kananyan “Elit İdman” MMC-nin direktoru olub. Müəssisə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə birgə əməkdaşlıq edərək, nazirliyi idman formaları ilə təmin edib.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətindən alınan ilkin məlumatlara görə, nazir müavini nazirliyin tabeliyində olan qurumlara idman avadanlıqlarının verilməsi üzrə tenderlərdə daşıyıcıların dəstəyini qəbul etməyib. Bunun müqabilində sürücü vasitəsilə böyük məbləğdə rüşvət alıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 363 05.12.19 16:21