Ukrayna paytaxtının mərkəzində Kiyev Vilayət Şurasının deputatı Vyaçeslav Sobolevin avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub.
“RBK Ukrayna” xəbər verir ki, hadisə Lev Tolstoy və Tarasovskaya küçələrinin kəsişməsində baş verib.
“Range Rover” markalı maşına silahlı hücum nəticəsində deputatın üç yaşlı oğlu ağır yaralanıb. O, xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Vyaçeslav Sobolev 2015-ci ildə “Petr Poroşenko bloku” partiyasından Kiyev Vilayət Şurasının deputatı seçilib. O həmçinin “Objora” restoranlar şəbəkəsinin təsisçisi və rəhbəridir.