Rusiyanın “İnterfaks” agentliyinin redaktoru Marqarita İqnatova psixiatriya klinikasına yerləşdirildikdən sonra özünə gəlib.
Jurnalistin anası “Life”a bildirib ki, qızı dərin stresdədir, lakin həkimlər dəqiq diaqnozu təyin etməyiblər.
Qadının fikrincə qızını daxildən nəsə sarsıdıb. Onun sözlərinə görə, Marqarita evdən çıxmamışdan qabaq qorxulu yuxu görüb.
Qeyd edək ki, M.İvanova noyabrın 17-də evdən çıxıb, kilsəyə gedəcəyini bildirib və bundan sonra yoxa çıxıb. Bir gündən sonra onun kilslərin birində gizləndiyi aşkara çıxıb.
Jurnalist dayanmadan “Bu mənə elə gəlir” sözlərini təkrar edirmiş.