ABŞ prezidenti Donald Tramp “Apple” şirkətinin rəhbəri Tim Kuku ölkədə qabaqcıl 5G rabitə şəbəkəsinin qurulmasında iştirak etməyə çağırıb.
Median.Az xəbər verir ki, bu barədə dövlət başçısı “Twitter”dəki səhifəsində yazıb:
“Dünən Texas ştatının Ostin şəhərində 1 milyard dollarlıq yeni kampusun tikintisinə dair müzakirə üçün etdiyim səfər zamanı Tim Kukdan ABŞ-da 5G şəbəkəsini qurmaq məsələsinə baxmağı xahiş etdim. Onlarda pul, texnologiyalar, baxışlar, yəni hər şeyi var!", - D.Tramp qeyd edib.