Uzun müddətdir dünyanın müxtəlif yerlərindən insanlar kütləvi şəkildə Almaniyaya mühacirət edir, hərçənd ki, almanlar xaricdə tez-tez xilas yolları axtarırlar.
Median.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Avstriyada dərc olunan "Contra Magazin" jurnalındakı yazıda bildirilir.
Qeyd olunur ki, bu tendensiya gələcəkdə dah da güclənəcək və ölkəni əhalinin tamamilə dəyişdirilməsi ilə təhdid edəcək. Buna görə də məqalənin müəllifi Marko Mayer Almaniyanın islam respublikasına çevrilməsini istisna etmir.
Yazıda deyilir:
"Almaniyanın miqrasiya siyasəti əhalinin tamamilə dəyişdirilməsinə səbəb olmurmu? Yaxın onilliklərdə ölkə demoqrafik nöqteyi-nəzərdən necə inkişaf edəcək? Almaniyanın "Almanıstan"a çevrilmə riski var".
Onun fikrincə, son aylarda 1950-60-cı illərin Almaniyasının xatirələrinin oyanması labüddür. Bu, demoqrafik dəyişikliklərin özünü daha aşkar surətdə göstərdiyi böyük şəhərlərə adidir. Məqalə müəllifi əmindir ki, yaxın onilliklərdə bu dəyişikliklər daha aydın görünəcək.
Marko Mayer bunun səbəbini uzun müddətdir dünyanın müxtəlif yerlərindən insanların davamlı şəkildə Almaniyaya kütləvi mühacirətində, çoxlu sayda almanın - ilk növbədə yüksək ixtisaslı insanların "qurtuluşu" ölkə sərhədindən kənarda axtarmasında, qalıb orada yaşamasında görür.
Avstriya jurnalı qeyd edir ki, Almaniyada "əhali dəyişikliyi" haqqında danışmaq siyasi cəhətdən düzgün hesab edilmir, ancaq əhalinin "mübadilə" və ya "transferi" termini istifadə olunur. Mayerin fikrincə, son onilliyin miqrasiya siyasəti məhz bu cür adlanır.
"Almaniyanın etnik tərkibi son onilliklər ərzində əhəmiyyətli dəyişikliklərə məruz qalıb və növbəti illərdə bu tendensiya "dramatikcəsinə sürətlənəcək", - məqalə müəllifi xəbərdar edir.
Almanları 2050-ci ilə qədər nə gözləyə bilər və 2100-cü ilə qədər onlarla bağlı nə olacaq? Marko Mayerin ehtimalına görə, Almaniyanın "Almaniya İslam Respublikası" olmaq riski var.
"Əvvəl-axır ölkəyə müsəlmanların aktiv immiqrasiyası müşahidə olunur. Bundan əlavə, müvafiq konfessiyanın nümayəndələri arasında doğum göstəricisi xristianlar və ya ateistlərlə müqayisədə daha yüksəkdir", - Marko Mayer "Contra Magazin"dəki yazısını bu sözlərlə yekunlaşdırır.