Sözsüz ki, mən Gürcüstan müxalifətinin tələblərini dəstəkləyirəm. Gürcüstanı xilas etmək lazımdır. Biz öz ambisiyalarımızı kənara qoyub dövlətiçiliyimizi, müstəqilliyimizi və Gürcüstan xalqını müdafiə etməliyik.
Bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili birləşmiş müxalifətin proporsional seçkilər əsasında növbədənkənar parlament seçkiləri tələb etməsinə münasibət bildirərkən qeyd edib.
Daha öncə Gürcüstan parlamenti konstitusiyanın qarışıq seçki sistemindən proporsional əsaslara keçidini qəbul edə bilməyib.
Ötən gündən başlayaraq qeyri-hökumət təşkilatları, müxalif partiyalar və sıravi vətəndaşlar paytaxt Tbilisidə etirazlara başlayıblar.