ABŞ-da azərbaycanlıların iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Klark rayonunda olub.
Nyu-York qeydiyyatında olan azərbaycanlı Ramiz Quliyevin idarə etdiyi yük maşını ştatlararası tibb məntəqəsinə çırpılıb. 30 yaşlı sürücü hadisə yerində ölüb.
Onun köməkçisi Mişa Məmmədov isə sürücülərin istirahət guşəsində yatdığı üçün qəzadan yaralı olaraq qurtula bilib.
Qəzanın qarlı hava şəraiti səbəbindən baş verdiyi güman olunur.