Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lütvəli Babəli oğlu Babayevin Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Dövlət başçısının digər sərəncamı ilə Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bundan əvvəl, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə M.T.Camalov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.