Gecə saatlarında Moskva polisi Basmannıy rayonunun Semenovskaya küçəsində “Audi A8” markalı avtomobili saxlayıblar.
Saxlanılma zamanı avtomobildə olan dörd nəfər özlərini şübhəli aparıb.
Aparılan axtarış zamanı maşının salonundan üç silah aşkarlanıb və avtomobildə olan şəxslər saxlanılıb.
Məlum olub ki, saxlanılanlar Azərbaycan vətəndaşlarıdır. Silahlar və hərbi sursatlar ekspertizaya göndərilib.
Saxlanılma zamanı azərbaycanlılardan biri avtomobilin sənədlərini təqdim edib və müəyyənləşib ki, bu maşın ona deyil, Dağıstan Respublikasının vətəndaşına məxsusdur.
Hazırda faktla bağlı istintaq başlayıb. Polislər saxlanılan şəxslərin silahları haradan və hansı məqsədlərlə əldə etdiyini müəyyənləşdirməyə çalışırlar.
/oxu.az/