Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:34 Nazir: Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?  |     13:24 "Temu"dan şikayət edənlərin sayı gündən-günə artır: Aldanmamaq üçün nələrə diqqət etməliyik? - VİDEO  |     13:20 Göygöldə kolbasa sexinin fəaliyyəti dayandırıldı  |     13:17 Sumqayıtda avtomobil süpürgəçini vurub öldürdü  |     13:16 "Qurtuluş 93"ün sahibinə AĞIR CƏZA  |     13:15 Qazaxıstan Putinin səfərinə görə hərbi aviasiyanı səfərbər edir  |     13:14 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT EDİB  |     12:56 Bakıda gənc qız dəm qazından boğulub  |     12:55 8 "Oskar"lı məşhur filmin davamı çəkilə bilər  |     12:49 Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qızı yumruqla vurdu  |     12:48 Qəzzada məktəb binasında gizlənən HƏMAS-ın yüksəkrütbəli zabiti məhv edildi  |     12:36 Güclü maqnit fırtınası Yerə çatacaq  |     12:35 Leyla Əliyeva MAMA "Ana təbiət" sərgisi ilə bağlı paylaşım edib - VİDEO  |     12:32 Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur  |     12:13 Yağıntılarla əlaqədar çaylarda sululuq artıb - FAKTİKİ HAVA  |     11:27 Vəzifəli şəxs işdən çıxarıldı  |     11:26 Həyat yoldaşını öldürmək istəyən kişi 14 il cəza aldı  |     11:21 "Apple" "iPhone"da SIM kartdan imtina edəcək  |     11:02 Şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edildi  |     21:24 Sumqayıtda və Sarayda bu tarixdə 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır – Aylıq ödəniş 448 manatdan  |    

Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir

Ermənistanda bu ilin ilk on ayı üçün aparılan hesablamalara görə, ölkədən miqrasiya edənlərin sayının artdığı məlum olub.

Belə ki, Ermənistan hökumətinin rəsmi “Facebook” səhifəsində ölkənin Miqrasiya Xidmətinə istinadən bu barədə statistik məlumatlar paylaşılıb.

Statistikaya görə, ölkədən əhalinin köçü davam edir, lakin bu il azalma müşahidə olunub. Yəni 2018-ci ildə sentyabr ayına kimi ölkəni 15 695 nədər tərk etmişdisə, bu ilin ilk 10 ayı ərzində bu rəqəm 9857 nəfər olub.

Ermənistanın Baş naziri Nikol Paşinyan 2050-ci ilə qədər ölkə əhalisinin sayının beş milyon nəfər olmasını strateji planı kimi açıqlayıb. Hazırda ölkə əhalisi 2,9 milyondur.

İqtisadçılar isə hökumətin və Paşinyanın dediklərinə şübhəli yanaşırlar. Onlar bildiriblər ki, Ermənistandan işçi axını azalmırr, əksinə dayanmadan artır.

Erməni iqtisadçısı Tadevos Avetisyan deyib ki, təkcə son üç ay ərzində əmək bazarında 51 500 nəfər işsiz azalıb. Bu tendensiya, əsasən, mühacirətin nəticəsidir. Yalnız son bir neçə ay ərzində rəsmi qeydiyyata alınmış işsizlərin 20 faizi başqa ölkələrdə iş taparaq Ermənistanı tərk edib. İşsizlər daha yaxşı bir həyat axtarışı üçün ölkəni tərk edirlər.

Milli Statistika Xidmətinin məlumatına görə, Ermənistan əhalisi azalmaqda davam edir: əhalinin sayı cari ilin oktyabr ayının 1-i ötən ilin doqquz ayı ilə müqayisədə 11,700 nəfər azalaraq 2.957.500 nəfər olub, 2017-ci ilin eyni dövrü ilə müqayisədə isə ölkə əhalisi 22,1 min nəfər azalıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 972 11.11.19 13:43