Ermənistanda dövlət cinsi azlıqlarla bağlı filmi maliyyələşdirdi - Nazirin istefası tələb edilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:34 Nazir: Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?  |     13:24 "Temu"dan şikayət edənlərin sayı gündən-günə artır: Aldanmamaq üçün nələrə diqqət etməliyik? - VİDEO  |     13:20 Göygöldə kolbasa sexinin fəaliyyəti dayandırıldı  |     13:17 Sumqayıtda avtomobil süpürgəçini vurub öldürdü  |     13:16 "Qurtuluş 93"ün sahibinə AĞIR CƏZA  |     13:15 Qazaxıstan Putinin səfərinə görə hərbi aviasiyanı səfərbər edir  |     13:14 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT EDİB  |     12:56 Bakıda gənc qız dəm qazından boğulub  |     12:55 8 "Oskar"lı məşhur filmin davamı çəkilə bilər  |     12:49 Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qızı yumruqla vurdu  |     12:48 Qəzzada məktəb binasında gizlənən HƏMAS-ın yüksəkrütbəli zabiti məhv edildi  |     12:36 Güclü maqnit fırtınası Yerə çatacaq  |     12:35 Leyla Əliyeva MAMA "Ana təbiət" sərgisi ilə bağlı paylaşım edib - VİDEO  |     12:32 Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur  |     12:13 Yağıntılarla əlaqədar çaylarda sululuq artıb - FAKTİKİ HAVA  |     11:27 Vəzifəli şəxs işdən çıxarıldı  |     11:26 Həyat yoldaşını öldürmək istəyən kişi 14 il cəza aldı  |     11:21 "Apple" "iPhone"da SIM kartdan imtina edəcək  |     11:02 Şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edildi  |     21:24 Sumqayıtda və Sarayda bu tarixdə 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır – Aylıq ödəniş 448 manatdan  |    

Ermənistanda dövlət cinsi azlıqlarla bağlı filmi maliyyələşdirdi - Nazirin istefası tələb edilir

Erməni politoloq Hrant Məlik-Şahnazaryan cinsini dəyişən adam barədə çəkilmiş “Mel” filminin maliyyələşdirməsinə görə Elm, Təhsil, Mədəniyyət və İdman naziri Araik Harutyunyan istefa verməsini tələb edib.

M.Şahnazaryan bildirib ki, bu filmin çəkilməsinə etiraz edən və nazir Araik Harutyunyanın “geridə qalmış və pis niyyətli” adlandırdığı gənclərin hökumətə konkret sualları var:

“Onlar başa düşmək istəyirlər ki, Ermənistan dövləti cinsini dəyişən bir adam haqqında film çəkmək üçün niyə pul ayırır? Niyə Ermənistan dövləti bəzi ixtisaslar üzrə erməni dili və tarixi fənlərini universitet kurikulumundan xaric etmək istəyir?

Ermənistan Respublikası hökumətinin vətəndaşlara və gənc nəslə hansı mesajları göndərdiyini başa düşmək istəyirlər. Onların bunu bilmək haqqı var”.

Politoloq qeyd edib ki, artıq tələbələr bu mövzuda Baş nazir Nikol Paşinyanla da müzakirəyə razı deyillər:

“Tələbələr Baş nazirlə birbaşa ünsiyyətdən məyus olublar. Buna görə də açıq şəkildə bildirirlər ki, Paşinyanla müzakirə edəcəkləri bir şey yoxdur. Yalnız bir tələb var – nazir Harutyunyanın istefası və bu sahədə hökumətin siyasətinə yenidən baxılması”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 249 09.11.19 15:49