Moskvada Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:34 Nazir: Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?  |     13:24 "Temu"dan şikayət edənlərin sayı gündən-günə artır: Aldanmamaq üçün nələrə diqqət etməliyik? - VİDEO  |     13:20 Göygöldə kolbasa sexinin fəaliyyəti dayandırıldı  |     13:17 Sumqayıtda avtomobil süpürgəçini vurub öldürdü  |     13:16 "Qurtuluş 93"ün sahibinə AĞIR CƏZA  |     13:15 Qazaxıstan Putinin səfərinə görə hərbi aviasiyanı səfərbər edir  |     13:14 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT EDİB  |     12:56 Bakıda gənc qız dəm qazından boğulub  |     12:55 8 "Oskar"lı məşhur filmin davamı çəkilə bilər  |     12:49 Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qızı yumruqla vurdu  |     12:48 Qəzzada məktəb binasında gizlənən HƏMAS-ın yüksəkrütbəli zabiti məhv edildi  |     12:36 Güclü maqnit fırtınası Yerə çatacaq  |     12:35 Leyla Əliyeva MAMA "Ana təbiət" sərgisi ilə bağlı paylaşım edib - VİDEO  |     12:32 Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur  |     12:13 Yağıntılarla əlaqədar çaylarda sululuq artıb - FAKTİKİ HAVA  |     11:27 Vəzifəli şəxs işdən çıxarıldı  |     11:26 Həyat yoldaşını öldürmək istəyən kişi 14 il cəza aldı  |     11:21 "Apple" "iPhone"da SIM kartdan imtina edəcək  |     11:02 Şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edildi  |     21:24 Sumqayıtda və Sarayda bu tarixdə 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır – Aylıq ödəniş 448 manatdan  |    

Moskvada Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılacaq

SSRİ Mərkəzi Komitəsinin Baş katibi Leonid İliç Brejnevin sürücülük vəsiqəsi və xəbərdarlıq talonu noyabrın 14-də Moskvada hərraca çıxarılacaq.

Median.Az
“RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə “Litfond” hərracının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Brejnevə məxsus laminatla üzlənmiş AAK № 000077 seriya nömrəli sürücülük vəsiqəsi və AAI № 670077 seriya nömrəli xəbərdarlıq talonu 1976-cı il 10 dekabr tarixində - Leonid İliçin 70 illik yubileyi günü SSRİ Daxili İşlər naziri Nikolay Anisimoviç Şyolokov tərəfindən zarafatyana hədiyyə edilib.

Göründüyü kimi, xəbərdarlıq talonunun sürücüyə aid hissəsində boşluq yoxdur – çox sayda qayda pozuntularını əks etdirən möhürlər əks olunub.

Sözügedən sənəd 1991-ci ildə Moskvanın meri olmuş Qabriel Popov tərəfindən Brejnevin qaldığı bağ evində tapılıb.

Qeyd edilib ki, hərracda sürücülük vəsiqəsinin ilikn qiyməti 1 350 000 - 1 500 000 rubl aralığında qiymətləndiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 582 05.11.19 23:29