ABŞ-ın vitse-prezidenti Maykl Pens çərşənbə axşamı ölkə prezdenti Donald Trampın impiçment proseduru çərçivəsində ittihamların araşdırılmasını həyata keçirən konqressmen-Demokratlar ilə əməkdaşlıq etməkdən imtina edib. Bu barədə Pensin mətbuat xidmətinin yaydığı məktubunda deyilir.
Orada qeyd olunur ki, Demokratlar ““özbaşına” elan edilmiş impiçment araşdırması” əsasında geniş sənədlər tələb ediblər, onların bəzilərinin vitse-prezidentin səlahiyyətində olan sənədlərə aidiyyatı yoxdur. Qanunvericilər, həmçinin bu sorğudan imtina etməyə səsləniliblər.
Pensin aparatında vurğulayıblar ki, qanunvericilik orqanının aşağı palatası heç bir impiçment araşdırılmasını təsdiq etməyib.
Xatırladaq ki, bir müddət öncə, xarici məsələlər komitəsinin sədri Eliot Engel (Nyu-York ştatından demokrat), kəşfiyyat üzrə xüsusi komitənin rəhbəri Adam Şiff (Kaliforniya ştatından demokrat) və nəzarət və hökumət islahatları komitəsinin sədri Elayca Kamminqs (Merilend ştatından demokrat) vitse-prezidentdən impiçment proseduruna aid sənədləri təqdim etməyi tələb etmişdilər. Onların komitələri bu məsələ üzrə ittihamların araşdırılması ilə məşğuldur.