Suriya hökumətinin nümayəndələri və kürdləri təmsil edən “Suriya demokratik qüvvələri” Hmeymim hərbi bazasında danışıqlara başlayıblar.
“Reuters” xəbər verir ki, SDQ-nin nümayəndəsi Əhməd Süleyman müharibəni dayandıracaq razılaşmanın əldə olunacağına ümidvar olduğunu bildirib.
Daha əvvəl məlum olub ki, İraqdakı Kürd demokratik partiyasının lideri Məsud Bərzani Rusiyanın xarici işlər naziri Sergey Lavrova müraciət edərək Suriyadakı kürdləri qorumağı xahiş edib.