Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunun PKK-nın Suriya qolu olan YPG terrorçuları tərəfindən atəşə tutulması nəticəsində 8 dinc sakin həlak olub.
Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, atəş nəticəsində həmçinin daha 35 nəfər yaralanıb.
Daha əvvəl Türkiyənin Şanlıurfa əyalətinin Suruç rayonuna top mərmisinin atılması nəticəsində 2 mülki sakin həlak olub.