Şirkət vitse-prezidenti Ruslan İbrahimovun oğlunu 3 saat qovandan sonra tuta bildilər - İstəmirəm papa gəlsin... » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:18 Körpəni faydalı tərəvəzlər yeməyə öyrəşdirmək üçün maraqlı vasitə kəşf edildi  |     13:16 "Formula-1"də ciddi dəyişikliklərin anonsu verildi  |     13:15 Britaniya şahzadəsinə ABŞ-də cinayət işi açıla bilər  |     13:14 Əfsanəvi Aleks Ferqyuson bir oyun üçün məşqçilik karyerasını bərpa edəcək  |     13:14 Buzlaqlarda "yatan" təhlükə  |     13:13 Zidan təəssüflə xatırladığı yeganə klubun adını açıqladı  |     13:13 Ağ ayaqqabıları təmizləməyin təbii üsulları  |     13:12 "Android" zəng zamanı bəzi funksiyaları blok etməyə başlayıb  |     13:10 Серия А: гол Консейсау принес "Ювентусу" победу над "Интером"  |     13:08 Unun bahalaşması çörəyin qiymətini ARTIRACAQ? - VİDEO  |     13:05 Mənzil alanlara XƏBƏRDARLIQ: Sahəsi eyni olan evlər fərqli qiymətə SATILIR - VİDEO  |     13:04 İranda zəlzələ baş verdi  |     13:02 Ukraynada prezident seçkisinin tarixi açıqlandı  |     13:01 Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 33 il ötür  |     12:55 İran Prezidenti Məsud Pezeşkian azərbaycanca şeir dedi - VİDEO  |     12:48 Millimiz Avropada liderliyi ələ keçirib  |     12:37 Cənubi Koreya "DeepSeek" süni intellektindən istifadəyə müvəqqəti QADAĞA QOYDU  |     12:29 Akif Çovdarov əmlaklarının yenidən geri qaytarılmasını istəyir  |     12:25 Ötən il 58 kişi gender əsaslı zorakılığa məruz qalıb - FOTO  |     12:22 Bakıda məşhur hotel bağlandı - VİDEO  |    

Şirkət vitse-prezidenti Ruslan İbrahimovun oğlunu 3 saat qovandan sonra tuta bildilər - İstəmirəm papa gəlsin...

Rusiyanın ən iri mobil rabitə operatorlarından olan MTS-in vitse-prezidenti Ruslan İbrahimovun 25 yaşlı oğlunu polis Moskva küçələrində 3 saat qovandan sonra tuta bilib.

Median.Az
Virtualaz.org-a istinadən xəbər verir ki, 25 yaşlı Alan İbrahimov idarə etdiyi qırmızı rəngli BMW avtomobilində yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Bu zaman Yol Patrul Xidmətinin əməkdaşları ondan avtomobili saxlamağı tələb edib. Lakin biznesmen oğlu dayanmayıb və Moskva küçələrində polislə "qaçdı-tutduya" çıxıb. Bir neçə patrul avtomobili onu saatlarla təqib edib, nəhayət avtoxuliqanı həyətlərdən birinə sıxışdıraraq saxlaya biliblər.

Alan İbrahimov yenə tabe olmayıb və bu dəfə avtomobilin qapılarını içəridən kilidləyərək çıxmaqdan imtina edib. Polislər avtomobilin şüşələrini sındırıblar və Alan İbrahimovu, onunla birlikdə avtomobildə olan tanışını zorla düşürüblər, yerə uzadıb əllərini qandallayıblar. Bu zaman İbrahimov müqavimət göstərməyə çalışıb.

"Mən sizin qarşınızda çox utanıram, atamın qarşısında utanıram, son ana qədər "papaya" zəng vurmaq istəmədim. İstəmirəm "papa" gəlsin. Bağışlayın, zəhmət olmasa, kimnlə danışmaq olar? Mən həmişə məsələləri onsuz həll etməyə çalışmışam. Onların qarşısında utanıram. Atamın və anamın qarşısında utanıram",-Alan İbrahimov saxlanılarkən deyib.

Bəzi məlumatlara görə MTS vitse-prezidentinin oğlu narkotikin təsiri altında olub, onun avtomobilindən narkotik maddə, tapança, patronlar və siqnal tapançası tapılıb.

Ruslan İbrahimov MTS-in dövlət hakimiyyət orqanları və ictimaiyyətlə əlaqələr üzrə vitse-prezidentidir. O, həmin vəzifəyə 2019-cu ilin avqustunda təyin olunub. Şirkətdə isə 2006-cı ildən işləyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 600 03.10.19 20:36