Məmur qadın Azərbaycanda “şokalad vannasından” şəkil paylaşdı, qalmaqal qopdu » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |     19:07 Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb  |     18:59 İranlı deputatdan atom bombası yaratmağa çağırış  |     18:46 Azərbaycan və Qırğızıstan gəncləri birgə fəaliyyətlə bağlı memorandum imzalayıblar  |     18:32 Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN  |     18:23 Türkiyədə azərbaycanlının 70 kiloqram qızılla saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ (VİDEO)  |     18:17 Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?  |     18:14 Azərbaycanda bir universitetin təmirinə 790 min manat sərf olunacaq  |     18:03 Şahrudin Məhəmmədəliyev uzun müddət sonra yenidən yaşıl meydanlara qayıdır  |     17:55 Tacikistanın şimalında zəlzələ oldu  |     17:47 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? - Ali Məhkəmənin mövqeyi  |     17:46 Dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə şərti cəza verildi  |     17:41 Azərbaycanda bəzi kursantlara ödəniş ediləcək  |     16:41 Temperatur düşəcək, leysan yağacaq  |     16:30 Qəzzada öldürülən jurnalistlərin sayı 189-a yüksəldi  |     16:15 Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR  |     16:03 Səmayə Piriyeva vəfat etdi  |    

Məmur qadın Azərbaycanda “şokalad vannasından” şəkil paylaşdı, qalmaqal qopdu

Rusiyanın Ulyanovsk vilayətinin məmuru Azərbaycanda dəbdəbəli oteldən, "şokalad vannasından" sosial şəbəkələrdə foto paylaşıb və qalmaqal yaradıb.

Median.Az
Virtualaz.org-a istinadən xəbər verir ki, regionun İT-korporasiyasının (dövlət müəssisəsidir) rəhbəri Svetlana Openışeva ötən həftə Azərbaycanda məzuniyyətini necə keçirdiyi barədə İnstagram-da paylaşdığı fotolara görə işdən azad edilə bilər.

Belə ki, Svetlana Openışeva Naftalandakı beşulduzlu "Garabag Resort & Spa" otelində dincəlir və orada müalicə prosedurlarından keçir. Məmur şokalad rəngində maye ilə dolu vannadan çəkdiyi selfe-ni paylaşıb və yazıb: "Çox şokalad olmur". Həmin vannadakı maye isə belə görünür ki, Naftalan neftidir, məmur onu şokalada bənzədib.


Foto dərhal sosial şəbəkələrdə müzakirələrə və tənqidlərə səbəb olub. İstifadəçilər Openışevi "dəbdəbəli həyat" keçirməkdə və qeyri-təvazökarlıqda ittiham ediblər. Hətta onu "Ulyanovskun Peris Hiltonu" da adlandırıblar. Hansı ki, bir neçə il əvvəl "Hilton" otellər şəbəkəsinin sahibinin varisi, "dəbdəbə kraliçası" Peris Hilton isti şokaladla dolu vannadan fotolarını paylaşmışdı.

Ulyanovsk qubernatoru Sergey Morozov Naftalanda "şokalad vannasında üzən" məmur qadın barədə xidməti araşdırma aparmağı tapşırıb. Və onun araşdırmanın sonunda "dəbdəbəli həyatı nümayiş etdirməyə görə" işdən azad edilə biləcəyini deyib. Morozovun sözlərinə görə, "təvazökar yaşamaq lazımdır",


"İstənilən qeyri-təvazökarlığın qarşısı alınacaq. Bir çoxlarının heç xaricə getməyə imkanı yoxdur. Amma mən baxıram xanım Openışevanın bacarığına, qərara almışam ki, xidməti araşdırma aparılsın. Şəffaflıq haqda danışanda heç də onu nəzərdə tutmuruq ki, kimsə gedib alt paltarını çəkib göstərsin, şəffaflıq problemlərə reaksiya verməkdir. Mən çoxlarına xaricə məzuniyyətə getməyə icazə verirəm, çünki qanun yol verir, amma öz imkanlarını belə nümayiş etdirmək lazım deyil. Mənim qərarım budur ki, xidməti araşdırma aparılsın və Openışeva işdən azad edilsin",-qubernator bildirib.


Hərçənd mətbuat yazır ki, Openışevanın Naftalanda dincəlməyi elə də baha başa gəlməyib-iki nəfər üçün oteldə qalmaq və müalicə təxminən 900 dollara, gediş-gəliş isə 130 dollara başa gəlib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 450 16.09.19 20:41