Kolumbiyada kiçik təyyarə qəzaya uğrayıb və yaşayış evinin üstünə düşüb.
“Colombia Reports” xəbər verir ki, hadisə zamanı təyyarədə 9 nəfər olub.
Onlardan 7-si ölüb, 2-si isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Həmçinin təyyarənin düşdüyü evin sakinləri də ağır yaralanıb. Onların arasında 10 yaşlı uşağın olduğu bildirilir.
Hadisə bazar günü, təyyarə səmaya qalxdıqdan bir neçə dəqiqə sonra baş verib.
Kolumbiyanın Mülki aviasiya idarəsi hadisənin araşdırılmasına başlayıb.