Azərbaycanda toy günü özünü partladan gənclə bağlı dəhşətli faktlar - TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Bakıda yeni təmir edilən park zibilxananı xatırladır (VİDEO)  |     22:50 İlon Mask blokçeyn texnologiyalarını tətbiq etməyi planlaşdırır  |     22:44 ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər  |     22:25 Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı şikayətlərə aydınlıq gətirilib  |     22:11 Salyanda yük maşınının çəni partlayıb, ata və oğul yanıq xəsarətləri alıb  |     22:01 Bunu etsəniz, daha az yemək yeyəcəksiniz  |     21:47 Kaya Kallas Azərbaycana səfər edəcək  |     21:25 Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - Pul ayrıldı  |     21:17 ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır  |     21:11 Azərbaycanda qadın o qədər təzyiq dərmanı içdi ki, öldü  |     20:57 Komaya düşən sabiq nazirin son durumu açıqlandı  |     20:49 Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb  |     20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |    

Azərbaycanda toy günü özünü partladan gənclə bağlı dəhşətli faktlar - TƏFƏRRÜAT

Dünən Tərtər rayonunda gənc oğlanın özünü partladaraq öldürməsi hadisəsi ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

Median.Az
publika.az-a istinadən xəbər verir ki, avqustun 29-da saat 16 radələrində Tərtər rayonun Qaradağlı inzibati ərazi vahidliyinə daxil olan Təzəkənd kəndində özünü qumbara ilə partladaraq intihar edən 1994-cü il təvəllüdlü Elmir Hüseynli subay olub.

Bildirilir ki, bir neçə gündür məzuniyyətdə olan 25 yaşlı Elmir hadisədən əvvəl sərxoş vəziyyətdə valideynləri ilə mübahisə edib.

Belə ki, qonşuluqdakı toyda yeyib-içən gənc oğlan sərxoş vəziyyətdə evə gəlib. Evdə ata-anası onu danlayıb, ona borcunun olması xatırladılıb və spirtli içki qəbul etməsi ilə bağlı tənbeh olunub. Valideynlərinin onu danlamasına əsəbiləşən gənc qumbara götürərək həyətə çıxıb və həyatdan bezdiyini, özünü öldürmək istədiyini deyib. O, ata-anasını yaxına buraxmayıb və səs-küyə qonşular yığılıb. Bu zaman qonşuluqda yaşayan və Elmirin xətrini uşaq vaxtından çox istəyən 52 yaşlı Fikrət Abbasov irəli çıxaraq onu sakitləşdirməyə çalışıb.

Bu zaman gənc oğlanın əlindəki qumbaranın alışdırıcısı açılıb və partlayış baş verib.

Nəticədə E.Hüseynli hadisə yerində vəfat edib. F.Abbasov isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hadisədən yarım saat sonra qonşuluqdakı toy məclisi yarımçıq dayandırılıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 064 30.08.19 17:29