Sosial şəbəkələrdə azyaşlının avtomobil idarə etməsi barədə görüntülər yayılıb.
Baş Dövlət Yol Polisi İdarəsi (DYP) azyaşlının avtomobil idarə etməsi ilə bağlı yayılan videoya münasibət bildirib.
DYP-dən bildirilib ki, hadisə ötən gün Mingəçevir şəhəri ərazisində baş verib:
"Sükan arxasında azyaşlının oturması faktı aşkar edilib. Məsələ ilə bağlı polis əməkdaşları tərəfindən sürücü barəsində inzibati protokol tərtib edilib".//oxu.az