Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, şəhərin Bakı küçəsində baş verən yol qəzasında yolu keçmək istəyən Tofiq İsmayılovu "Mercedes" markalı minik avtomobili vurub. Yaralı sürücüsü tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır