Gün ərzində Azərbaycanda bir neçə sayta daxil olmaqda problemlər yaranıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, problemə səbəb hər hansı haker hücumu yox, serverdə yaranan yüklənmə olub:
“Buna səbəb serverlərdə yaranan problemdir. Həddən artıq yüklənmə səbəbindən bir neçə sayta girişdə yubanmalar olub. Lakin yaranan problem gün ərzində həll olunub. Artıq saytlara girişdə heç bir problem müşahidə edilmir”.
Qeyd edək ki, günün ikinci yarısında bir sıra saytlara, o cümlədən Oxu.az saytına girişdə təqribən bir saat problemlər yaranıb.