Arif Rəhimzadə: Kimsə gəlib şlaqbaum qoyub ki, buradan avtomobil getməsin » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:57 Komaya düşən sabiq nazirin son durumu açıqlandı  |     20:49 Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb  |     20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |     19:40 Ukraynalı karateçilər İtaliyada iştirak etdikləri turnirdən sonra ölkəyə qayıtmayıblar  |     19:33 "Mançester Yunayted" tarixinin ən gənc oyunçusu vəfat edib  |     19:25 Sumqayıtda qadına məxsus avtomobil yanıb  |     19:19 Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb  |     19:12 ABŞ-də 730 mindən çox məktəbli ölkədən deportasiya edilə bilər  |     19:04 Trampın nümayəndəsi: Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır  |     18:54 Bəzi ölkələrdə “TikTok” işləmir  |     18:41 Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb  |     18:37 “Səbail”dən minimal hesablı qələbə  |     18:25 Həkim cütlük yanan hoteldə 15 nəfərin həyatını xilas edibmiş  |    

Arif Rəhimzadə: Kimsə gəlib şlaqbaum qoyub ki, buradan avtomobil getməsin

Dayanacaqların əsasnaməsi olmalıdır.

Bunu iyunun 4-də Milli Məclisin (MM) Regional məsələlər komitəsinin növbəti iclasında “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı komitə sədri Arif Rəhimzadə söyləyib.

Komitə sədri deyib ki, hazırda təzə dayanacaqlar yaradılır.

“Bakıda, Nizami rayonu ərazisində, 8-ci km-də Birinci vitse-prezidentin tapşırığı ilə çox gözəl park salınıb. Bu təşəbbüs təqdir edilməlidir. Amma kimsə gəlib orada şlaqbaum qoyub ki, buradan avtomobil getməsin. Bundan bələdiyyələrin xəbəri var?

Yəqin ki, orada yaşayan əhalinin avtomobilləri varsa, kart almalıdır. Tutaq ki, birinin ağır yükü var, taksi ilə gəlmək istəyir, necə olacaq? Yaxud təcili yardım maşını lazım olsa, bu məsələ necə tənzimlənəcək?

Ümumiyyətlə, bu dayanacaqların bir Əsasnaməsi olmalıdır”, - deyə komitə sədri əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 250 04.06.19 15:53