Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən rus-tatar qəbiristanlığında qadın meyiti tapılıb.
Sözügedən şəxs 1985-ci il təvəllüdlü Kristina Aleksandrovnadır.
Qadının içki aludəçisi olduğu, səfil həyat sürdüyü və serrozdan öldüyü məlum olub.
Hüquq-mühafizə orqanları qətl ehtimalını istisna edir. Belə ki, K.Aleksandrovna qəbiristanlığa bacısının qəbrini ziyarət etməyə yollanıb. Halı pisləşən qadın elə qəbiristanlıqda canını tapşırıb.
//oxu.az