Azərbaycanda məktəblər yeni qaydalarla mühafizə olunacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:49 Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb  |     20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |     19:40 Ukraynalı karateçilər İtaliyada iştirak etdikləri turnirdən sonra ölkəyə qayıtmayıblar  |     19:33 "Mançester Yunayted" tarixinin ən gənc oyunçusu vəfat edib  |     19:25 Sumqayıtda qadına məxsus avtomobil yanıb  |     19:19 Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb  |     19:12 ABŞ-də 730 mindən çox məktəbli ölkədən deportasiya edilə bilər  |     19:04 Trampın nümayəndəsi: Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır  |     18:54 Bəzi ölkələrdə “TikTok” işləmir  |     18:41 Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb  |     18:37 “Səbail”dən minimal hesablı qələbə  |     18:25 Həkim cütlük yanan hoteldə 15 nəfərin həyatını xilas edibmiş  |     18:24 Yeni Kaledoniyada yenidən Azərbaycan bayrağı dalğalandı - Video  |    

Azərbaycanda məktəblər yeni qaydalarla mühafizə olunacaq

Dərsliklər tərtib edilərkən orada milli-mənəvi və bəşəri dəyərlərə zidd fikirlər yolverilməzdir.

Bu barədə Təhsil nazirinin müavini İdris İsayev nazirlik tərəfindən media üçün keçirilən təlimdə yeni qəbul olunan “Ümumi təhsil haqqında” qanunla bağlı çıxışı zamanı bildirib.

O bildirib ki, bu gün dərsliklərlə bağlı normativ baza olsa da, onlar səpələnmiş formadadır:

“Burada tələblər müəyyənləşməlidir. Tələblər müxtəlif də ola bilər. Təbii ki, tədris proqramlarına uyğun tələblər müəyyən olunmalıdır. Dərsliklər tərtib edilərkən yaş səviyyəsi nəzərə alınmalıdır.

Məlumatlar məntiqli və sadə olmalıdır. Bununla bağlı Təhsil Nazirliyi müvafiq qaydalar hazırlayır və güman ki, yaxın vaxtlarda təsdiq ediləcək. Həmçinin, məcburi şəkildə peşəyönümlü xidmətlər təşkil ediləcək”.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov isə bildirib ki, hazırda məktəbəhazırlıq ümumi təhsilin səviyyəsi kimi qanunda göstərilib:

“Beləliklə, ölkədə ümumi təhsilin müddəti 12 il edir. Şagird ümumi təhsil pilləsində 12 il ərzində təhsil alacaq”.

Nazirlik rəsmisi təhsil müəssisələrinin mühafizəsi barədə də danışıb:

“Təhsil müəssisələrinin mühafizəsi hamını düşündürür. Yeni qanunda birbaşa göstərilib ki, məktəblərin mühafizə xidmətinin təşkili ilə bağlı qaydalar altı ay müddətində tərtib olunub təqdim olunacaq”, - deyə nazirlik rəsmisi qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 264 30.05.19 16:29