Bakıda daha bir məktəbli intihara cəhd edib.
Median.Az xəbər verir ki, A.Müzəffərov adına Saray qəsəbə 2№-li tam orta məktəbin IX sinif şagirdi Əfruz Soltanova çox sayda dərman içib.
O, dərhal Sumqayıt şəhər Mərkəzi Xəstəxanaya yerləşdirilib. Daha sonra 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) gətirilib.
Məktəbdən Baku.ws-ə verilən məlumata görə, intihara cəhdin məktəblə heç bir əlaqəsi yoxdur. Hadisə ailə münaqişəsi zəminində baş verib:
"Bütün sinif yoldaşları, müəllimlər də təsdiqləyə bilər. Anası atıb gedib, atası da vəfat edib. Əvvəl Qubada Uşaq Evində qalırdı, əmisi gətirib saxlayırdı. Amma əmi heç öz ailəsi ilə də yola getmir. Dəqiq bilmirəm, bildiyimiz budur ki, ailədə problem var idi.
Nə olsun ki, məktəbdə oxuyur, məktəblik deyil. Buna baxmayaraq məktəbimizin direktoru hadisəni eşidən kimi yanına getdi".
Faktla bağlı araşdırma aparılır.