Rusiyada jurnalist və bloger kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Fuad Abbasov mayın 16-da saxlanılıb.
Bu barədə REAL-a F. Abbasovun vəkili Elman Paşayev məlumat verdi.
Vəkil bildirdi ki, Moskva şəhər Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaq üçün olan icazəsini ləğv edib:
"Fuadın Rusiyada yaşamaq barədə icazəsinin ləğv edilməsindən xəbəri olmayıb. Mayın 16-da o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb".