Azərbaycanlı cüdoçu ermənini məğlub etdi və qızıl medal qazandı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:22 Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ  |     17:21 Qazaxıstanda neft bazasında güclü partlayış olub  |     17:19 Xəstələrin həyatını heçə sayanlar: Həkimlər niyə özlərini bloqer kimi aparırlar? (VİDEO)  |     17:17 Qusarda intizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb  |     17:15 Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik ediləcək?  |     17:03 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib  |     16:52 Hikmət Mirzəyev Türkiyədə səfərdədir  |     16:37 Bakıda avtomobil mopedlə toqquşub, ölən var  |     16:36 İranın müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb  |     16:34 Pentaqonun yeni rəhbərinin adı məlum olub  |     16:11 Premyer Liqa: Bu gün daha iki qarşılaşma baş tutacaq  |     16:07 Ağsuda silahlı narkokuryerlər saxlanılıblar  |     16:00 Milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi  |     15:41 Məşqçisinə zərbə endirən rusiyalı idmançı UFC-dən qovulub  |     15:33 Bu gün geomaqnit qasırğası gözlənilir  |     15:28 Bakıda qızına təcavüz edən ataya HÖKM OXUNDU  |     14:31 Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib  |     14:20 Ancelina Colinin boşanması ilə bağlı iddia: Əzab vermək istəyib  |     14:19 Konor Makqreqor UFC-dən ayrılır?  |     14:11 Qışda sağlamlığı möhkəmləndirmək üçün qədim içki - Kompotdan daha faydalı uzvar  |    

Azərbaycanlı cüdoçu ermənini məğlub etdi və qızıl medal qazandı - FOTO

Mayın 18-19-da Rusiyanın Orenburq şəhərində cüdo üzrə “Avropa Kuboku – 2019” yarışmasının növbəti mərhələsi keçirilib. 24 ölkədən 306 (193 oğlan, 113 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan 12 idmançı ilə təmsil olunub.

Ölkəmizə yeganə medalı “Judo Club 2012”nin yetirməsi Murad Fətiyev (-81 kq) qazandırıb.

Mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz ilk görüşdə erməniəsilli rusiyalı idmançı Kareqin Şahlamcyana, növbəti mərhələdə isə Avstriyanı təmsil edən Saif-İslam İslamxanova qalib gəlib.

1/4 finalda daha bir rusiyalı cüdoçunu – Pavel Berlini mübarizədən kənarlaşdıran Murad yarımfinalda portuqaliyalı Miqel Alveşi məğlub edərək finala yüksəlib. Finalda cüdoçumuzun rəqibi rusiyalı Turpal Tepkayev olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanı Murad ipponla yekunlaşdırıb və qızıl medala layiq görülüb.

Azərbaycan komandası əldə etdiyi bir qızıl medalla turnirdə kişilər arasında üçüncü, ümumi hesabda beşinci pillədə yer alıb. Birinci yeri Rusiya (10 qızıl, 8 gümüş, 14 bürünc medal), ikinci yeri Belarus (1 qızıl, 1 gümüş, 1 bürünc medal), üçüncü yeri isə Fransa (1 qızıl, 1 gümüş medal) komandası tutub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 490 20.05.19 12:43