Yanacaqdoldurma məntəqələri sürücüləri necə aldadır » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:22 Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ  |     17:21 Qazaxıstanda neft bazasında güclü partlayış olub  |     17:19 Xəstələrin həyatını heçə sayanlar: Həkimlər niyə özlərini bloqer kimi aparırlar? (VİDEO)  |     17:17 Qusarda intizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb  |     17:15 Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik ediləcək?  |     17:03 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib  |     16:52 Hikmət Mirzəyev Türkiyədə səfərdədir  |     16:37 Bakıda avtomobil mopedlə toqquşub, ölən var  |     16:36 İranın müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb  |     16:34 Pentaqonun yeni rəhbərinin adı məlum olub  |     16:11 Premyer Liqa: Bu gün daha iki qarşılaşma baş tutacaq  |     16:07 Ağsuda silahlı narkokuryerlər saxlanılıblar  |     16:00 Milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi  |     15:41 Məşqçisinə zərbə endirən rusiyalı idmançı UFC-dən qovulub  |     15:33 Bu gün geomaqnit qasırğası gözlənilir  |     15:28 Bakıda qızına təcavüz edən ataya HÖKM OXUNDU  |     14:31 Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib  |     14:20 Ancelina Colinin boşanması ilə bağlı iddia: Əzab vermək istəyib  |     14:19 Konor Makqreqor UFC-dən ayrılır?  |     14:11 Qışda sağlamlığı möhkəmləndirmək üçün qədim içki - Kompotdan daha faydalı uzvar  |    

Yanacaqdoldurma məntəqələri sürücüləri necə aldadır

"Yanacaqdoldurma məntəqələri sürücülərə satdıqları yanacağın 10 faizini kəsir. Bəzi məntəqələr isə 15 faiz kəsir. Məsələn aldığımız 10 litr yanacağın 1 litri kəsilir. Kəsməyən yanacaqdoldurma məntəqələri isə yanacağın tərkibinə qaz, su və s. qatqılar qatır. Bu da sürücülərə zərər vurur".

Median.Az
xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında deyib.

O bildirib ki, yanacaqdoldurma məntəqələri yanacağın tərkibinə qaz vurur və ya başqa üsullarla müdaxilə edir: "Yanacağı doldurub, avtomobili sürməsəniz belə, bir gün sonra yanacaq göstəricisinin aşağı düşəcəyini görəcəksiniz. Yanacaq öz-özünə buxarlanır. Bəzi yanacaqdoldurma məntəqələrində isə yanacaqdan hər 10 litrinə 1 litr kəsilir. Bəzi yanacaqdoldurma məntəqələrində isə, avtomobilin çəni 60 litr tutduğu halda 70 litr yanacaq vurdum deyə pul tələb edirlər. Əgər avtomobilin yanacaq tutumu 60 litrdirsə, bura 70 litr benzin necə vurulur?"

Ekspert qeyd edib ki avtomobil ustaları arasında sorğu keçirilsə, onlar bildirər ki, əksər avtomobillərin mühərriki keyfiyyətsiz yanacağa görə, sıradan çıxır.

"Mühərrik isə ən ucuzu 3000 manata yığılır. Yəni yanacaqdoldurma məntəqələrində kimsə artıq pul qazanacaq deyə sürücülərə zərər vurulur. Əvvəllər Energetika Nazirliyi xüsusi reydlər keçirirdi. İndi bu da yoxdur. İqtisadiyyat nazirliyi bu məsələ ilə heç maraqlanmır. Bu sahə nəzarətsiz sahəyə çevrilib. Halbuki, hər gün bu sahədən yüzlərlə şikayət daxil olur. Atmosferə buraxılan zəhərli qazlara görə, sürücülər 50 manat cərimə edilir. Zəhərli qazların ixracına səbəb isə yanacağın keyfiyyətsiz olmasıdır. Düşünürəm ki, yanacaqdoldurma məntəqələri barəsində ciddi ölçü götürülməlidir" – deyə ekspert vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 333 18.05.19 22:10