Masallıda qəza baş verib.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Masallı-Qızılağac yolunun Çaxırlı kəndi ərazisində olub.
“Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı boş sahəyə aşırıb. Sürücü, Cəlilabad rayonunun Maşlıq kənd sakini, 1957-ci il təvəllüdlü Sabir Ağayev və yanındakı sərnişin, həmkəndlisi Abdulla Abdullayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Onların hər ikisi Cəlilabadın Maşlıq kənd orta məktəbinin müəllimi olub.
***
Kənd sakinlərinin "Qafqazinfo"ya verdiyi məlumata görə, maşında daha bir xanım sərnişin olub. Hadisədən sonra kimliyi məlum olmayan qadın başqa bir avtomobilə əyləşərək qəza yerini tərk edib.