Laçının işğalından 27 il ötür » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:38 Bərdədə övladlarını itirmiş qadın intihar edib  |     17:22 Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ  |     17:21 Qazaxıstanda neft bazasında güclü partlayış olub  |     17:19 Xəstələrin həyatını heçə sayanlar: Həkimlər niyə özlərini bloqer kimi aparırlar? (VİDEO)  |     17:17 Qusarda intizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb  |     17:15 Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik ediləcək?  |     17:03 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib  |     16:52 Hikmət Mirzəyev Türkiyədə səfərdədir  |     16:37 Bakıda avtomobil mopedlə toqquşub, ölən var  |     16:36 İranın müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb  |     16:34 Pentaqonun yeni rəhbərinin adı məlum olub  |     16:11 Premyer Liqa: Bu gün daha iki qarşılaşma baş tutacaq  |     16:07 Ağsuda silahlı narkokuryerlər saxlanılıblar  |     16:00 Milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi  |     15:41 Məşqçisinə zərbə endirən rusiyalı idmançı UFC-dən qovulub  |     15:33 Bu gün geomaqnit qasırğası gözlənilir  |     15:28 Bakıda qızına təcavüz edən ataya HÖKM OXUNDU  |     14:31 Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib  |     14:20 Ancelina Colinin boşanması ilə bağlı iddia: Əzab vermək istəyib  |     14:19 Konor Makqreqor UFC-dən ayrılır?  |    

Laçının işğalından 27 il ötür

Bu gün Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 27 il keçir.

1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib.

İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.

İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 620 18.05.19 13:17