Azərbaycanda 4500 ağacı kəsdilər - Üç cinayət işi açıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:22 Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ  |     17:21 Qazaxıstanda neft bazasında güclü partlayış olub  |     17:19 Xəstələrin həyatını heçə sayanlar: Həkimlər niyə özlərini bloqer kimi aparırlar? (VİDEO)  |     17:17 Qusarda intizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb  |     17:15 Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik ediləcək?  |     17:03 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib  |     16:52 Hikmət Mirzəyev Türkiyədə səfərdədir  |     16:37 Bakıda avtomobil mopedlə toqquşub, ölən var  |     16:36 İranın müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb  |     16:34 Pentaqonun yeni rəhbərinin adı məlum olub  |     16:11 Premyer Liqa: Bu gün daha iki qarşılaşma baş tutacaq  |     16:07 Ağsuda silahlı narkokuryerlər saxlanılıblar  |     16:00 Milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi  |     15:41 Məşqçisinə zərbə endirən rusiyalı idmançı UFC-dən qovulub  |     15:33 Bu gün geomaqnit qasırğası gözlənilir  |     15:28 Bakıda qızına təcavüz edən ataya HÖKM OXUNDU  |     14:31 Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib  |     14:20 Ancelina Colinin boşanması ilə bağlı iddia: Əzab vermək istəyib  |     14:19 Konor Makqreqor UFC-dən ayrılır?  |     14:11 Qışda sağlamlığı möhkəmləndirmək üçün qədim içki - Kompotdan daha faydalı uzvar  |    

Azərbaycanda 4500 ağacı kəsdilər - Üç cinayət işi açıldı

Bakı və bölgələrdə ağac kəsimi ilə bağlı üç cinayət işi açılıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğunun yaydığı birgə məlumatda bildirilir.

Nazirlik tərəfindən vətəndaşların müraciətləri əsasında Bakı şəhərinin Xətai rayonu ərazisində, Lənkəran və Quba Regional Meşə Təsərrüfatı Mərkəzlərində monitorinqlər aparılıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan ilkin araşdırmalarla Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi 93 və 99 saylı binaların arasında əvvəllər sakinlər tərəfindən 0,24 hektar sahədə salınmış bağ sahəsində 25 ədəd ağac və kolun kəsilərək məhv edilməsi və digər 98 ədədinin isə başqa əraziyə köçürülməsi ilə təbiətə xeyli miqdarda ziyan vurulmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə (qanunsuz ağac kəsmə) cinayət işi başlanılıb.

Həmçinin, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Vizəzəmin meşəbəyliyinin 16 saylı meşə dolayında 63 ədəd meşə cinsli ağacın kəsilməsi, Qubada isə 4408 ədəd müxtəlif cins və diametrli ağacın kəsilməsi ilə təbiətə külli miqdarda ziyan vurulmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 314.1 və 259.2.4-cü maddələri cinayət işi başlanılıb.

Baş İdarə tərəfindən ibtidai istintaqı aparılan hər üç cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunması barədə araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 336 17.05.19 16:40