Deputatlar yeni rüsumlardan narazılıq etdilər - Parlamentdə etirazlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:38 Bərdədə övladlarını itirmiş qadın intihar edib  |     17:22 Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ  |     17:21 Qazaxıstanda neft bazasında güclü partlayış olub  |     17:19 Xəstələrin həyatını heçə sayanlar: Həkimlər niyə özlərini bloqer kimi aparırlar? (VİDEO)  |     17:17 Qusarda intizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb  |     17:15 Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik ediləcək?  |     17:03 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib  |     16:52 Hikmət Mirzəyev Türkiyədə səfərdədir  |     16:37 Bakıda avtomobil mopedlə toqquşub, ölən var  |     16:36 İranın müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb  |     16:34 Pentaqonun yeni rəhbərinin adı məlum olub  |     16:11 Premyer Liqa: Bu gün daha iki qarşılaşma baş tutacaq  |     16:07 Ağsuda silahlı narkokuryerlər saxlanılıblar  |     16:00 Milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi  |     15:41 Məşqçisinə zərbə endirən rusiyalı idmançı UFC-dən qovulub  |     15:33 Bu gün geomaqnit qasırğası gözlənilir  |     15:28 Bakıda qızına təcavüz edən ataya HÖKM OXUNDU  |     14:31 Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib  |     14:20 Ancelina Colinin boşanması ilə bağlı iddia: Əzab vermək istəyib  |     14:19 Konor Makqreqor UFC-dən ayrılır?  |    

Deputatlar yeni rüsumlardan narazılıq etdilər - Parlamentdə etirazlar

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklik deputatların narazılığına səbəb olub.

Qanuna təklif edilən əlavə maddəyə görə, akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 7 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 15 000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15 000 manat dövlət rüsumu ödəyəcək.

Deputat Qüdrət Həsənquliyev müzakirələr zamanı təklif edib ki, məktəbəqədər təhsil müəssisələri lisenziya verilməsinə görə 3000 manat rüsum ödəməsi yaxşı hal deyil:

“Azərbaycanda bu sahənin inkişafına ehtiyac var, ona görə də bu rüsum olmamalıdır”.

Millət vəkili Əflatun Amaşov da rüsumlardan narazılıq edib:

“Bir sahibkar istəyir ki, təhsil müəssisəsi açsın, axı o rüsum ödəməməlidir. Çünki özəl müəssisə açmır. Rəqəmlər 3000-15000 manat arasında dəyişir. Onların müəyyənləşdirilməsində hansı parametrlər əsas götürülür, məlum deyil. Heç olmasa, bu rəqəmlərə yenidən baxmalıyıq”.

Deputat Asim Mollazadə də rüsumlara etiraz edib və həmkarlarını bu qanunun əleyhinə səs çağırmağa səsləyib:

“Bu, cənab Prezidentin apardığı siyasətə ziddir. Bu dəyişikliklərin əleyhinə səs verəcəyəm”.

Millət vəkili Musa Quliyev öz növbəsində qanun layihəsinin geri göndərilməsini təklif edib:

“Bu rüsum hansısa sahibkardan deyil, uşaqdan alınacaq. Layihəni hazırlayanlar niyə cənab prezidentin siyasətinə zidd gedirlər? Bu vətəndaşın miqyasında götürəndə böyük bir vəsaitdir. Bu maddəni layihədən çıxarın və geri göndərin”.

Həmçinin, millət vəkili Məlahət İbrahimqızı dəyişikliklərə etirazını bildirərək, qanun layihəsinin əleyhinə səs verəcəyini söyləyib.
Millət vəkili Qənirə Paşayeva bu rüsumun sahibkarladan çox vətəndaşın cibindən çıxarılacağını qeyd edib:

“Kənd yerlərində, rayonlarda bağçalar çatışmır: “Ondan bundan xahiş edirik ki, bağçaların təmirinə kömək edin. Belə rüsumlarla kim gedib bölgələrdə bağça açacaq və bu rentabelli olacaq?!”

Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli sonda deputatların fikirlərinə münasibət bildirib.

Komitə sədri qeyd edib ki, təhsil müəssisələri akkreditisayadan beş ildən bir keçir:

“Bu fikrə həmkarlarımın münasibəti yaxşıdır. Onları narahat edən rüsumlardır. Mən də bildirirəm ki, ikinci oxunuşa qədər Təhsil Nazirliyi ilə məsələni yenidən müzakirə edəcəyik”.

Sonra qanun layihəsi səsə qoyularaq, 4 nəfər əleyhinə olmaqla, birinci oxunuşda qəbul edilib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 528 17.05.19 14:24