İntihar edən 5-ci sinif şagirdinin atası: "Müəllimlər qızımı təhqir edib, əxlaqsız damğası vurub" » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |     15:08 Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı  |     15:06 Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi  |     15:01 İcra başçısı qalmaqallı şəkilləri saytdan sildirdi, birini "fotoşop"latdı (FOTO)  |     14:58 Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar olub? - AÇIQLAMA  |     14:57 Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     14:55 Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı  |     14:54 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi ilə bağlı yoxlama başlanılıb  |     14:50 Ötən il milyard dollarlarla dəyəri olan kriptovalyuta oğurlanıb  |     14:48 Dünya şirkətləri işçilərini süni intellektlə əvəz etmək istəyir  |     14:47 Oyun həvəskarlarına müjdə: Yeni "Nintendo" daha böyük olacaq  |     14:45 Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü - VİDEO  |     14:43 BMT: "Azərbaycanda inflyasiya azalacaq"  |     14:41 Leyla Əliyeva ilin idman yekunları ilə bağlı tədbirdən paylaşım edib - FOTO  |     14:37 Masallıda intihar: Başından GÜLLƏLƏDİ  |     14:32 Əməliyyat otağında həkimə doğum günü tədbiri 2 000 manata "başa gəldi" - VİDEO  |     14:13 Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu evakuasiya edildi  |     13:56 İki sahibkar axtarışa verildi - Milyonlar ölkəyə qaytarılmayıb  |     13:15 Prezident İlham Əliyev Samir Şərifovu vəzifəsindən azad etdi: YENİ TƏYİNAT  |     13:10 Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb  |    

İntihar edən 5-ci sinif şagirdinin atası: "Müəllimlər qızımı təhqir edib, əxlaqsız damğası vurub"

Paytaxtın Nizami rayonundakə 109 nömrəli məktəb həmin məktəbin şagirdinin müəllimlərin təzyiqinə görə dərman içərək intihara cəhd etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Median.Az
ONA-ya istinadən xəbər verir ki, məktəbdən verilən cavabda bildirilir ki, aprelin 30-da təxminən saat 20:30 radələrində V sinif şagirdinin (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) valideyni məktəb direktoruna məlumat verib ki, övladı evdə valideynin dərmanını qəbul edərək zəhərlənib: "Evə təcili tibbi yardım çağrılıb və uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Hazırda uşağın vəziyyəti normaldır. Onun psixoloji durumunun öyrənilməsi məqsədilə məktəb nümayəndələri və psixoloq evlərində olub, uşağa müvafiq psixoloji yardım göstərilib. Hər zaman valideynlərlə görüşlərdə uşaqların təhlükəsizliyinin təmin olunmasının diqqət mərkəzində saxlanılması tövsiyə olunur”.

109 nömrəli məktəbin V sinif şagidi Fatimə Əliyevanın atası Şamxal Əliyev isə iddia edib ki, övladı məktəbdə müəllimlərin təzyiqi ilə üzləşdiyinə görə intihara cəhd edib: "Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bahar müəllim və informatika müəllimi Nigar müəllim qızıma dəfələrlə təzyiq göstəriblər. Qızım başqa müəllimin yanına hazırlığa getdiyinə görə dəfələrlə lövhə qabağında təhqir olunub, ona əxlaqsız damğası vurulub”.

Şamxal Əliyev deyib ki, qızı 6 qutu dərman atıb: "Bir uşağın taleyi ilə belə oynamaq olmaz. Qızım komadan 18 saat sonra ayılıb. Mən ölkə rəhbərliyinə, Təhsil Nazirliyinə, Baş prokurora və daxili işlər nazirinə müraciət edərək bu hadisənin doğru araşdırılmasını xahiş edirəm”.

Ş. Əliyev qeyd edib ki, baş verən hadisə ilə bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb: "Dünən prokurorluq əməkdaşları qızımı və sinif yoldaşlarını prokurorluğa çağırmışdılar. Bu hadisə Fatiməyə təkrar sarsıntı yaşadıb və o, dünən təkrar intihara cəhd edib. Bu uşaqların cəmi 11 yaşları var. Yaxşı olardı ki, onlar məktəbdə, psixoloqun iştirakı ilə dindirilsinlər”.

Atası hazırda Fatimənin məktəbə getmədiyini bildirib.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov qeyd edib ki, Fatimə Əliyeva şöbədə 3 sutka qalıb: "Dərmanların əlavə təsiri vardı. Psixoloji durumu gərgin idi. Ona görə psixoloq da gəldi, bir az söhbət elədi. Bizə intihara cəhd haqqında heç nə demədi. Haradasa 5 gün bundan əvvəl onu evə yazmışıq. Öz ayağıyla, rahat şəkildə evinə gedib”.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 354 10.05.19 18:44