Şəmkirdə döyülmə faktı qeydə alınıb.
Median.Az qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Seyfəli kəndində baş verib. Kənd sakini 1974-cü il təvəllüdlü Niyazi Əhmədov bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, 4 nəfər şəxs yaşadığı evə gələrək ona bədən xəsarətləri yetirib.
Faktla bağlı araşdırma aparılır.