Azərbaycanda təzə gəlin asılı vəziyyətdə tapıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |     15:08 Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı  |     15:06 Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi  |     15:01 İcra başçısı qalmaqallı şəkilləri saytdan sildirdi, birini "fotoşop"latdı (FOTO)  |     14:58 Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar olub? - AÇIQLAMA  |     14:57 Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     14:55 Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı  |     14:54 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi ilə bağlı yoxlama başlanılıb  |     14:50 Ötən il milyard dollarlarla dəyəri olan kriptovalyuta oğurlanıb  |     14:48 Dünya şirkətləri işçilərini süni intellektlə əvəz etmək istəyir  |     14:47 Oyun həvəskarlarına müjdə: Yeni "Nintendo" daha böyük olacaq  |     14:45 Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü - VİDEO  |     14:43 BMT: "Azərbaycanda inflyasiya azalacaq"  |     14:41 Leyla Əliyeva ilin idman yekunları ilə bağlı tədbirdən paylaşım edib - FOTO  |     14:37 Masallıda intihar: Başından GÜLLƏLƏDİ  |     14:32 Əməliyyat otağında həkimə doğum günü tədbiri 2 000 manata "başa gəldi" - VİDEO  |     14:13 Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu evakuasiya edildi  |     13:56 İki sahibkar axtarışa verildi - Milyonlar ölkəyə qaytarılmayıb  |     13:15 Prezident İlham Əliyev Samir Şərifovu vəzifəsindən azad etdi: YENİ TƏYİNAT  |     13:10 Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb  |    

Azərbaycanda təzə gəlin asılı vəziyyətdə tapıldı

İsmayıllıda 5 ayın gəlini yaşadığı evdə asılı vəziyyətdə tapılıb.

Median.Az
milli.az-a istinadla xəbər verir ki, valideynləri və qohumları rayonun Qaraqaya kənd sakini olmuş Mahirənin ölümündə onun həyat yoldaşını ittiham edirlər. Mərhumun ailə üzvlərinin iddialarına görə təzə gəlini əri qısqanclıq zəminində qətlə yetirib.

Mahirənin dayısı "Gəl Dərdini Danış" verilişində mərhuma zülümlər verildiyini iddia edib:

Hamımız Mahirə gəlin köçəndən sonra İvanovkaya qonaq getdik. Ancaq mən oğlanı ora gələn görmədim. Çıxdım gördüm çöldə bir cavan uşaqla oturub. O dayanan yerdən də evinin içinə - qadınlar oturan yerə "xod" var idi. Sanki orada mühafizəçi kimi oturmuşdu ki, bu qız çölə çıxmasın. Kənddə gözümüzün qabağında böyüyən qız olub. Gəlirdi dayı ilə necə görüşürdü əvvəl. Orada mən qızı gördüm, oğlan da qapının ağzında oturub tək çörək yeyirdi. Dedim "Sən niyə burada tək oturub çörək yeyirsən?". Cavab verdi ki, guya içəridə yer yoxdur. Amma rəhmətlik Mahirəni qapının arasından gördüm, baxdı mənə. Mən elə bildim ki, o mənə yaxınlaşacaq. Gördüm yox, çəkildi dala. Mən də gəldim ordan, heç kimə də heç nə demədim. Dedim bəlkə təzə gəlindi, söz-söhbət olar. Axırda onlardan çıxıb gələndə bu vaxtacan gəlib görüşməyib. Axı mən gedib görüşməliyəm, oradan kəndə gedirəm. Ora ilə buranın arasında hardasa 40 kilometr məsafə var. Yaxınlaşdım ki, görüşüm, rəhmətlik Mahirə qapının arasından mənə əl verdi. Oğlan da mənim arxamda durmuşdu. Mən onda hiss etdim ki, bu qızın günü gün deyil. Anladım ki, o qız gedən gündən qapılar arxasında saxlanılır. Elə bil hansısa cinayətkardır, məhbus kimi saxlayırdılar. Qız günü-gündən də qup-quru quruyurdu. Mən hiss edirdim ki, o oğlan normal adam deyil. Xoşbəxt ona ərə gələn ilk qızın ailəsidir ki, tez başa düşüb balasını qaytardı".

Təzə gəlinin atası da tükürpədici açıqlamaları ilə diqqət çəkib:

"Bilməzdim balamı belə zülümlə öldürərlər. Birinci gün bizə elçiliyə gələndə bizi aldatdılar. Dedi "Onsuz da biləcəksiniz, ilk evləndiyim qadını toy gecəsi qaytarmışam". Guya o qız uşağı çıxmayıb, toy gecəsi qaytarılıb. Amma yalandır. 40 gün o qızı (birinci həyat yoldaşını) da evində saxlayıb. Əvvəl bilməmişik. 40 gündən sonra qızın anası balasını qaçırdıb onlardan".

Mahirənin anası isə qızının ölüm xəbərini kürəkənindən aldığını bildirib:

"Biz xəstəxanaya çatanda qızımı morqa saldılar. Prokurorla girdik morqa. Elə bil qızım yuxuya gedib. Dodağı Babadağının qarı kimi idi. Boğazında təkcə ip izi var idi. Səhərdən öldürmüşdülər nə idi bilmirəm, təzə ölən bu dəqiqə soyumadı ki. Elə bil ki, qızımı don vurmuşdu. Heç vaxt mənim qızım özünü asmaz. Ona görə ki, o, namaz qılan, Quran oxuyan, Allaha inanan adam idi. Həmişə deyirdi ki, "Allahın işinə qarışmaq olmaz. Allah adama necə can verirsə, elə də alacaq. Mən kürəkəndən şübhələnirəm".

Qeyd edək ki, bəy toyunda Mahirənin cəmi bir dəfə rəqsinə icazə verib. Ailə üzvlərinin dediyinə görə, onlara qonaq gələn valideynlərini Mahirə əri Seyhunun icazəsi olmadan evə buraxmırmış. "Zəng edin Seyhuna deyin, sonra" deyirmiş.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 944 09.05.19 12:58