Azərbaycanda islahat effekti: muzdlu işçilərin sayında rekord artım qeydə alınıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |     15:08 Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı  |     15:06 Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi  |     15:01 İcra başçısı qalmaqallı şəkilləri saytdan sildirdi, birini "fotoşop"latdı (FOTO)  |     14:58 Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar olub? - AÇIQLAMA  |     14:57 Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     14:55 Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı  |     14:54 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi ilə bağlı yoxlama başlanılıb  |     14:50 Ötən il milyard dollarlarla dəyəri olan kriptovalyuta oğurlanıb  |     14:48 Dünya şirkətləri işçilərini süni intellektlə əvəz etmək istəyir  |     14:47 Oyun həvəskarlarına müjdə: Yeni "Nintendo" daha böyük olacaq  |     14:45 Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü - VİDEO  |     14:43 BMT: "Azərbaycanda inflyasiya azalacaq"  |     14:41 Leyla Əliyeva ilin idman yekunları ilə bağlı tədbirdən paylaşım edib - FOTO  |     14:37 Masallıda intihar: Başından GÜLLƏLƏDİ  |     14:32 Əməliyyat otağında həkimə doğum günü tədbiri 2 000 manata "başa gəldi" - VİDEO  |     14:13 Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu evakuasiya edildi  |     13:56 İki sahibkar axtarışa verildi - Milyonlar ölkəyə qaytarılmayıb  |     13:15 Prezident İlham Əliyev Samir Şərifovu vəzifəsindən azad etdi: YENİ TƏYİNAT  |     13:10 Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb  |    

Azərbaycanda islahat effekti: muzdlu işçilərin sayında rekord artım qeydə alınıb

İlin dörd ayının nəticəsində muzdlu işçilərin sayı 80 min nəfərdən çox artıb. Bu artımdan təxminən 56 min yeni müqavilə qeyri-neft sektorunun payına düşür. Düşünürəm ki, bu rəqəmlər özü bu islahatın effektini aydın şəkildə nümayiş etdirir.

Bu sözləri Azərbaycanda ayda səkkiz min manata qədər gəlir səviyyəsi olan vergi ödəyicilərinin, vətəndaşların, fiziki şəxslərin gəlir vergisinin 0 faizə endirilməsi ilə bağlı danışan vergilər naziri Mikayıl Cabbarov İTV-nin “Diqqət mərkəzində” verilişində bildirib.

Nazirin sözlərinə görə, bu cəsarətli addım həm vətəndaşlara, həm də xüsusən qeyri-neft sektorunun inkişafına, digər tərəfdən, leqallaşma prosesinə verilən töhfədir.

“Bu, əhalinin orta və uzun müddətdə sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş addım olub. Çünki on minlərlə vətəndaşımız muzdlu işçi olaraq çalışıb, amma əmək müqavilələri mövcud olmayıb. Bəzi hallarda əmək müqavilələri mövcud olub, amma real əməkhaqları orada göstərilməyib.

Sosial müdafiə burada vacib amildir. Orada da dəyişiklik olub: işə götürənlər faiz olaraq azalıb, işçilər tərəfindən bir az artırılıb. Bunun əsas məqsədi odur ki, biz həm işə götürənlər, həm də işçilərə əlavə fiskal stimul təqdim edək ki, onlar real əməkhaqlarının bəyan edilməsinə getsinlər.

İlin ilk dörd ayını ötən ilin ilk dörd ayı ilə müqayisə etdikdə, görərik ki, 200 milyon manatdan artıq sosial müdafiə xətti ilə vəsaitlər toplanılıb. Bu da bu sahəyə olan ehtiyacların ödənilməsi cəhətdən əhəmiyyət daşıyır”, - deyə nazir bildirib.

M. Cabbarov bildirib ki, yanvarın 1-dən sığorta ayırmaları - yığımların inzibatçılığı Vergilər Nazirliyinə həvalə olunub.

“2018-ci ilin sonundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən olan həmkarlarımızla bu proseslərdə yaxından çalışmışıq. Qısa müddət ərzində keçidi uğurla başa vura bilmişik.

Doğrudur, yanvar ayında və fevralda müəyyən çətinliklər yaranmışdı. Lakin artıq bütün çətinliklər aradan qaldırılıb və inanıram ki, vergi ödəyiciləri üçün bu, daha rahat sistemdir, çünki onlar müxtəlif dövlət orqanları ilə deyil, bir dövlət orqanı ilə əlaqədədirlər. Qeyd etdiyim rəqəmlər, mədaxilin artımı, məncə, bu dəyişikliyin, islahatın effektinə nail olmağı tam şəkildə əks etdirir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 409 08.05.19 15:40