Bakı şəhər sakini özünə bıçaqla xəsarət yetirib.
Median.Az report-a istinadən xəbər verir ki, hadisə Səbail rayon, T.Qurbanov, 50 küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan Bayramov Vüqar Tariyel oğlu səhlənkarlıq nəticəsində özünə bıçaqla xəsarət yetirib.
Zərərçəkmiş döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.