Şengen vizasının verilmə qaydaları dəyişdirilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |     17:19 "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür  |     17:11 Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI  |     16:43 Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI (SİYAHI)  |     16:16 Bakının məşhur bazarı bu əraziyə köçürülür  |     15:37 "Avroviziya 2025" mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq  |     14:39 Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır  |     14:10 Tanınmış plastik cərrah Türkan Gündüzü öldürən ərinə 17 il həbs cəzası verilib  |     14:08 Bazar dəyərindən ucuz satışa çıxarılan əşyalara görə pul ödəməyin - ÇAĞIRIŞ  |     14:06 ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular  |     13:32 Soğanın qiymətində artım var - VİDEO  |     13:21 Milyonluq cinayətlə bağlı şikayətə RƏSMİ CAVAB - Aralarında Cavid Qurbanovun yaxın qohumu da var (FOTO)  |    

Şengen vizasının verilmə qaydaları dəyişdirilir

Şengen zonası ölkələrinə qısamüddətli səfər üçün vizanın qiyməti 60 avrodan 80 avroya qalxacaq. Bahalaşma bir sıra dövlətlərin vətəndaşlarına şamil olunmayacaq.

Bu barədə “RİA Novosti” Avropa Komissiyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Məbləğdəki kiçik artım Şengen sazişinə üzv olan dövlətlərin təhlükəsizliyə nəzarəti gücləndirməsi üçün bütün dünya üzrə konsulluq personalının lazımi sayda olmasının təmin edilməsinə imkan verəcək”, - deyə agentlikdən bildiriblər.

Həmçinin, qeyd olunur ki, yeni qaydalara görə, “müsbət viza tarixçəsi” olan səyahətçilər mərhələli şəkildə etibarlılıq müddəti bir ildən beş ilə qədər artan təkrar viza əldə edə biləcək.

Bundan başqa, Şengen vizası üçün ərizənin təqdim olunma müddəti iki dəfə artırılacaq (planlaşdırılan səyahətdən altı ay əvvəl təqdim edilməli olacaq).

Bəzi ölkələrdə ərizəni konsulluğun saytından elektron şəkildə təqdim etmək mümkün olacaq. Yetkinlik yaşına çatmamış 6-18 yaşlı xarici vətəndaşlar üçün Şengen vizasının tam pulsuz olacağı gözlənilir. Yeni qaydaların qüvvəyə minməsi üçün onun Avropa İttifaqı Şurası tərəfindən rəsmi qaydada təsdiq olunmalıdır.

Qeyd olunur ki, viza rüsumundakı artım Avropa İttifaqı və bir sıra ölkələr, o cümlədən, Azərbaycanla bağlanmış sadələşdirilmiş viza rejimi haqqında müqaviləyə əsasən, tətbiq olunan 35 avroluq kiçik viza rüsumuna şamil olunmayacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 474 18.04.19 19:35