Oğuz rayon sakini Şəkidə ölüb.
Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Oğuz rayon Prokurorluğuna məlumat daxil olub.
Məlum olub ki, Oğuzun Xaçmaz kənd sakini, 1964-cü il təvəllüdlü Kərimov Natiq Vəliyəddin oğlu Şəki şəhər Mərkəzi Xəstəxanasına ölmüş vəziyyətdə gətirilib.
Hüquq-mühafizə orqanları hadisə yerinə gələrək meyitə baxış keçirib, lazımi izahatlar alınıb.
Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.