Milli Şuranın mitinq istəyinə icazə verilmədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |     17:19 "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür  |     17:11 Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI  |     16:43 Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI (SİYAHI)  |     16:16 Bakının məşhur bazarı bu əraziyə köçürülür  |     15:37 "Avroviziya 2025" mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq  |     14:39 Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır  |     14:10 Tanınmış plastik cərrah Türkan Gündüzü öldürən ərinə 17 il həbs cəzası verilib  |     14:08 Bazar dəyərindən ucuz satışa çıxarılan əşyalara görə pul ödəməyin - ÇAĞIRIŞ  |     14:06 ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular  |     13:32 Soğanın qiymətində artım var - VİDEO  |     13:21 Milyonluq cinayətlə bağlı şikayətə RƏSMİ CAVAB - Aralarında Cavid Qurbanovun yaxın qohumu da var (FOTO)  |    

Milli Şuranın mitinq istəyinə icazə verilmədi

Milli Şuranın mitinq keçirməsinə icazə verilməyib.

Bu barədə oxu.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Mətbuat Şurasının üzvlərindən ibarət mitinq təşkilatçıları aprelin 20-də “Məhsul” stadionunda aksiya keçirmək istədikləri məqsədə uyğun hesab edilmədiyindən razılıq verilməyib.

Cavabda o da qeyd edilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra bəzi toplantı iştirakçıları tərəfindən ictimai təhlükəsizlik əleyhinə bir sıra əməllər törədilməsi şəhər sakinlərinin ciddi narazılığına səbəb olub. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə şikayət ərizələri daxil olub.

Eyni zamanda, mitinq iştirakçılarının polisin qanuni tələblərinə qarşı tabesizlik göstərmələri ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən də Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciətlərin ünvanlanması nəzərə alınaraq mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 261 17.04.19 18:46