Mojo.az Banner
20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |     19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |     19:30 COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  |     19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |    
Mojo.az Avto
Mojo.az Avto

Meyitdən orqan köçürülməsinə ancaq bir nəfər icazə verəcək

17.04.2019 12:00 3 752
Meyitdən orqan köçürülməsinə ancaq bir nəfər icazə verəcək
“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanun layihəsi üzərində işlər davam etdirilir. Qeyd edim ki, artıq bir ildir bu sənəd üzərində işlər gedir. Biz əvvəlcə mövcud qanuna geniş əlavə və dəyişiklikləri nəzərdə tuturduq.

Sonradan qanunun özündən çox dəyişikliklər ortaya çıxdı, yəni qanun 17-18 maddədən ibarət idisə, 30-a yaxın dəyişiklik - maddə ortaya gəldi. Ona görə də biz bunu yeni qanun layihəsi kimi hazırlamağı qərara aldıq və beləliklə, onun üzərində işləri davam etdirməkdəyik.

Bunu oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini, adıçəkilən qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun rəhbəri Musa Quliyev deyib.

M. Quliyev xatırladıb ki, mövcud, qüvvədə olan qanunun qəbulundan 20 il keçir:

“Hazırkı qanun 1999-cu ildə qəbul edilib və ötən 20 ildə yeni tələblər, yeni yanaşmalar ortaya çıxıb. Odur ki, yeni qanun layihəsi hazırlayaraq, onu müvafiq qurumlara, nazirliklərə rəylərə göndərmişik və artıq bu rəylər də bizə - İşçi Qrupuna yavaş-yavaş daxil olmaqdadır. Onlar bu ayın sonuna qədər daxil olub, qurtarar, rəylər yığılar və bundan sonra İşçi Qrupu, Səhiyyə komitəsi öz sözünü deyər, fikrini bildirər”.

Qanun layihəsinin adı ilə bağlı mübahisələrə gəlincə, M. Quliyev qeyd edib ki, terminologiya burada o qədər də önəmli rol oynamır:

“Bildiyiniz kimi, daha çox orqanların donorluğu və ya orqanlarla toxumaların donorluğu üzərində mübahisələr gedirdi. Hesab edirəm ki, bunlar elə də prinsipial məsələlər deyil. Hər ikisi doğrudur, Səhiyyə komitəsi sonda nə qərar verəcək, o cür də olacaq”.

Meyitdən orqan köçürülməsi məsələsində razılıq - icazə məsələsinə gəldikdə, M.Quliyev bu məsələnin artıq qanun layihəsində həllini tapdığını deyib.

“Qanun layihəsində göstərmişik ki, meyitdən orqan köçürülməsi, transplantasiya məsələsində ailə üzvlərindən və ya yaxın qohumlardan yalnız birinin razılığı, icazəsi alınacaq. Çünki bütün qohumların razılığı alınmalı olsa, onda meyitdən orqan köçürülməsi mümkün olmayacaq. Ancaq gələcəkdə maarifləndirmə işi ona yönəldilməlidir ki, hər bir insan sağlığında orqanını vəsiyyət etsin.

Əgər sağlığında vəsiyyət edibsə, artıq qohumun da razılığına ehtiyac qalmayacaq”, - deyə M.Quliyev əlavə edib.скачать dle 11.3
Mojo.az Banner